Mәnәm bağça, sәnsәn bağban, barı gözlә-gözlә sәn,
Zәhmәt çәkib gül becərsən, xarı gözlә-gözlә, sәn,
Şeytan olub ara vurma, arı gözlә-gözlә, sәn,
Qulağında sırğa olsun, varı gözlә-gözlә, sәn.
Zimistanda çıxma yola, boran olar, qar olar,
Әr igiddә namus olar, qeyrәt olar, ar olar,
Yağar çalpoy, әsәr boran, toplananda qar olar,
Mәn bir dağam sinәm üstә, tarı gözlә-gözlә, sәn.
Aşıq Alı leylü-nahar, səsləyibdi hey sәni,
Cәbrayıla ustad olan, ey әrәnlәr sәrvәri,
Xәlq olandan Adәm ata, hәm dә ki Nuhdan bәri,
İstərsən tәrlan olasan, barı gözlә-gözlә, sәn.