Gözlərim eylə tamaşa
Gözlərim eylə tamaşa Müəllif: Molla Cümə |
Mənbə: Paşa Əfəndiyev. "Molla Cümə (həyatı və yaradıcılığı)" (PDF) (az.). "Ləman nəşriyyat poliqrafiya". 2017. İstifadə tarixi: 2018-08-31. |
Gözlərim eylə tamaşa:
Yar qarşıda dayanıbdır.
Mənim yatan kor taleyim
İndi xabdan oyanıbdır.
Ay qabaqda siyah tellər,
Bülbül tək danışır dillər.
Ağ biləklər, həm ağ, əllər
Al xınaya boyanıbdır.
Gözlərin oxşar badama,
Ziyan verir çox adama,
Layisqili Molla Cümə
Baxıb səni bəyənibdir.