Gözlərin (Qüdsi Vənəndi)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gözlərin
Müəllif: Qüdsi Vənəndi

Zülfdən tər çəkib könlüm quşuna,
Səpibdir xaldan danə gözlərin.
Deyəsən Səyyadır pusquya girmiş
İstər qəmin etsin canə gözlərin.

Qüdsi təxəllüsüm, məskənim Vənənd
Yaşamış hicrində pərvanə manənd
Bir zaman ləbindən qıl barı xürsənd
Saldı məni nə böhtanə gözlərin.