Gözlərin mayil olubdur yenə xünxarlığa

Gözlərin mayil olubdur yenə xünxarlığa
Müəllif: Mirzə Həsən Yüzbaşov-Qarabaği
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13.


Gözlərin mayil olubdur yenə xünxarlığa,
Bəli, sərxoş olu amadə sitəmkarlığa.

Kufri-zülfün dinu imanıma cox şaiq olub,
Bilirəm ki, salacaq rəxnə bu dindarlığa.

Yoxdu hicranına könlümdə dəxi tabu təvan,
Nə belə talib olubsan bu dilazarlığa?

Qamətinlə nə rəva sərv bərabər ola kim,
Xeyli muşkuldu o gəlsin belə rəftarlığa.

Gül cəmalınla əgər bəhsə gəlibsə, nə əcəb,
O səbəb salmış ozun gulşən ara xarlığa.

Etməzəm şikvə gozundən nə qədər qılsa
Məst olan mail olar cünki cəfakarlığa.

Fələyin mahın edib mehri-ruxun sərkərinə,
Gah verir nur ona, gah salır tarlığa.

Olma divanə, o zulfi-xəmə meyl etmə,
Həsən, Əqlin olsun, özünü salma o şahmarlığa.