Gülüstan müqaviləsi

Gülüstan müqaviləsi (1813)

Sister Projects. Həmçinin baxın: Haqqında • Mənbələr:
  • Архив внешней политики Российской империи (АВПРИ), ф. Трактаты, оп. 3, д. 1025, л. 4—15 (подлинник);
  • Опубл.: Юзефович Т. П. Договоры Россiи съ Востокомъ. Политическiе и торговые. — СПб.: Типографiя О. И. Бакста, 1869. — С. 208—214. — XXIV, 296 с.;
  • Внешняя политика России на рубеже XIX и XX веков (ВПР). — М.: Государственное издательство политической литературы, Наука, 1961. — Серия первая. Том VII. Январь 1813 г. - май 1814 г. — С. 403—425. — (Внешняя политика России XIX и начала XX века);
  • Выверено по изд.: Подвиги русских воинов в странах кавказских, с 1800 по 1834 год. С присовокуплением биографий главнейше замечательных лиц, действовавших в первое тридцатитрехлетие русского владычества за Кавказом, историко–статистического описания мест, прославивших русское оружие в кавказских странах, 25 портретов, видов и планов сражений и общей карты Кавказского края. Описанные Платоном Зубовым. — СПб: В типографии Конрада Вингебера, 1835. — Том первый, Ч. 1.

Müqavilənin şərtləri

redaktə

I Maddə

redaktə

İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş düşmənçilik və narazılığa həmin Müqavilə ilə bu gündən etibarən və gələcəkdə son qoyulur və qoy İmperrator Əlahəzrətləri Bütün Rusiya hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, taxtlarının varisləri və onların, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında əbədi sülh, dostluq və xeyirxah razılıq olsun.

II Maddə

redaktə

Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara, xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün bərqərar edilməsi artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan etibarən və gələcəkdə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz xətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları silsiləsi ilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən, həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə indiyədək hər bir tərəfin həqiqi hakimiyyəti altında olmuş torpaqların, kəndlərin, dərələrin, həmçinqin çayların, dağların, göllərin, təbii mərzlərin dəqiq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu Müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda əsasında Talış xanlığının sərhəd xətti elə müəyyənləşdiriləcək ki, hər bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də, yuxarıda xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə çıxarsa, hər iki Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir tərəf əsasında təminat verəcək.

III Maddə

redaktə

Şah əlahəzrətləri, əlahəzrət bütün Rusiya imperatoruna səmimi dostluq hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran Taxtının Ali Vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə) İmperiya, Quriya, Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.

IV Maddə

redaktə

Əlahəzrət Bütün Rusiya imperatoruna əlahəzrət İran Şahına öz qarşılıqlı dostluq hisslərini ifadə etmək və İranda - ona qonşu olan bu dövlətdə, möhkəm əsas üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu səmimi qəlbdən təsdiq etmək üçün, bununla, öz adından və ÖZ Vəliəhdləri adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin ediləcək Vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici düşmən İran Dövlətinin işinə qarışa bilməsin və Ali Rusiya Sarayının köməyi ilə İran Sarayı möhkəmlənsin. Bununla belə, əgər İran Dövləti işləri üzrə şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya İmperiyası hakimiyyətdə olan şah xahiş etməyincə bunlara qarışmayacaq.

V Maddə

redaktə

Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında üzmək və onları yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı iranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə də həmin bu hüquq - əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı, qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi gəmilərə gəldikdə isə, müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki, ondan başqa heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz.

VI Maddə

redaktə

Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və s. dinlərə mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra, üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar) azuqə və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud qanunu pozaraq, qaçanlardan hər birinə, milliyətindən asılı olmayaraq, öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.

VII Maddə

redaktə

Bütün yuxarıda deyilənlərə əlavə olaraq əlahəzrət bütün Rusiya imperatoru və Əlahəzrət İran Şahı buyururlar ki, lazım olduqda, əlahəzrətlərin İqamətgahlarına göndərilən, onların Ali Saraylarının qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə himayəçilik üçün təyin olunmuş Müvəkkillərin və ya Konsulların on nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin, Əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı salmaq gərəkdir.

VIII Maddə

redaktə

Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər iki Ali Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə veriləcək. Hər iki Ali Dövlətin tacirləri arasında baş verə biləcək mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli Rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol verməməlidirlər.

İrana gəlmiş, Rusiya təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.

İrana gəlmiş Rusiya təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı olmayaraq, qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.

IX Maddə

redaktə

Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri mallara görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum, vergi, gömrük tələb edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.

X Maddə

redaktə

Malları Müqavilə bağlamış hər iki dövlətin sahillərinə və ya limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra, qarşılıqlı surətdə, tacirlərə, nəzarəti altında olduqları gömrük hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq, başqa malları satın, yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir ki, ticarət maneəsiz dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərti ilə qanuni rüsumlar yığılsın.

XI Maddə

redaktə

Bu müqavilə imzalandıqdan sonra hər iki Ali dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.

İki bərabərhüquqlu nüsxədə (fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq, onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş bu əbədi sülh Müqaviləsi əlahəzrət Bütün Rusiya imperatoru və əlahəzrət İran Şahı tərəfindən bərqərar ediləcək və əlahəzrətlərin öz əlləri ilə imzalanmış təntənəli ratifikasiyalarla təsdiq olunacaqdır.

Bu müqavilənin həmin təsdiq olunmuş nüsxələri bu Ali saraylardan, qarşılıqlı surətdə göndərilməklə onların yuxarıda adları çəkilmiş müvəkkillərinə üç ay müddətindən sonra çadırılacaq.

Müqavilə min səkkiz yüz on üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min ikiyüz iyirmi səkkizinci il şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında bağlanmışdır.

İmzalamışlar:

redaktə

Müvəkkil və Gürcüstanda Baş Komandan Nikolay Rtişşev (M : Y:)
Alişöhrətli İran Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan (M : Y:)

Həmçinin bax

redaktə