Gülğülə saldım genə nöhfələki-əxzərə
Gülğülə saldım genə nöhfələki-əxzərə Müəllif: Əbülqasim Nəbati |
Gülğülə saldım genə nöhfələki-əxzərə,
Etdi mədəd taleim, yetdi əlim sağərə.
Div, bəfəzli-xuda oldu pəridən cüda,
Müjdə apar, ey səba, ol büti-siminbərə.
Şamü səhər, müttəsil, şüğlüm olub məşqi-eşq,
Gözlərimi dikmişəm lövhi-rüxi-dilbərə.
Bir yükə kim, dözmədi gavi-fələk, sirrə bax,
Götdü belindən onun, çatdı məni-kafarə.
Tari bilir, odlaram xirqəvü səccadəni,
Saqi , bu qan kasəsin qoyma əlindən yerə.
Qasidi-əhli-niyaz, hüdhüdi-aşiqn-əvaz,
Lütf ilə bu naməni bağla o xoş şəhpərə.
Durma, dönüm başına, mən sənə qurban olum,
Hümmət elə, ver səfa şövq ilə balü pərə.
Bircə tamaşa elə dideyi-xunbarimə,
Söyləginən halimi ol məhi-xoş-mənzərə.