Gülə-gülə (Aşıq Alı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gülə-gülə Müəllif: Aşıq Alı |
İstəkli sevgilim, gəldik üz-üzə,
Əlimi əlinə al gülə-gülə.
Çox gəzdim dünyanı seçə bilmədim,
Sənin tək gözəlgən, al gülə-gülə.
Ürəyim titrəyir durma uzaqda,
Külək olsun, telin əssin sazaqda
Gözüm qalıb lalə yanaq, buxaqda,
Qolunu boynuma sal gülə-gülə.
Mən zərgərəm, səni dürrü bilirəm,
Aləm nədi, şöylə, kimi görürəm,
Türkiyə elindən indi gəlirəm,
Minnət qoy Alıya, gəl gülə-gülə.