Gülər bir gün (Şair Ağacan)
Gülər bir gün Müəllif: Şair Ağacan |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Dərdli könlüm, qəm eyləmə,
Ağlayanlar gülər bir gün.
Mürvət eylər çərxi-fələk,
Göz yaşını silər bir gün.
Çox gəzmişəm dağnan aran,
Gözüm görüb çiskin, duman,
Hiylə qurub, şər axtaran,
Əvəzini alar bir gün.
Ağacanın çoxdur dərdi,
Xudam özün saxla mərdi,
Müxənnətin, həm namərdin,
Yurdu düm-düz olar bir gün.