Gül açdı
Gül açdı Müəllif: Şifahi xalq ədəbiyyatı |
Gül açdı bahar oldu,
Yar məndən kənar oldu.
Yar məndən ayrılalı,
Ürəyim qübar oldu.
Belə naz ilə, naz ilə baxma,
Məni yandırıb, yaxma.
Gül açdı xəndan oldu,
Dərmədim dən-dən oldu.
Mən səndən ayrılmazdım,
Ayrılıq səndən oldu.
Bu dağda maral gəzər,
Tellərin darar gəzər.
Mən yara neyləmişəm,
Yar məndən kənar gəzər.
Mənbə
redaktə- El çələngi. Bakı,2004, səh.106.