Güldü, nə güldü
Güldü, nə güldü Müəllif: Şair Əbülfət |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Bu dərdli çağımda, qəm yığnağında,
Mehrindən açılan güldü, nə güldü.
Sən məni Məcnundan betər ağlatdın,
Düşmənlər üstümə güldü, nə güldü!
Gəl haqqı nahaqdan ara, di baxtım!
Dost ürək mətləbin aradı, baxdım.
Aralıq biilqar aradı, baxdım,
Yar nə bir danışdı, güldü, nə güldü?
At tiri-xədəngin, yar, ala gözdən,
Bu sınıq könlümü yarala gözdən.
Əbülfət doymasa, yar, ala gözdən,
Bülbül nə bülbüldü, güldü, nə güldü!?