Güldəmisən, güldəmisən, güldəmi
Güldəmisən, güldəmisən, güldəmi Müəllif: Dərdiçox |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Sanıram qoxuşun yayla çiçəyi
Güldəmisən, güldəmisən, güldəmi?
Boyləmi olur gözəllərin qoçağı
Dildəmisən, dildəmisən, dildəmi?
Sənin ilə girə idim gərdəyə,
Oturaydım al tavanlı çardağa,
Yürüyüşün benzər gözəl ördəyə,
Göldəmisən, göldəmisən, göldemi?
Çəmənimsən əl dəymədən çirklənən,
İnsaf eylə əsgi dərdim yenilən,
Anmı oldun inil-inil inilən
Baldamısan, baldamısan, baldamı?
Vurma gözəl mənə daşmı, vurma,
Çəkmə can alıcı gözünə sürmə,
Sandım yanaqlann bir yetkin xuıma,
Daldamısan, daldamısan, daldamı?
Bula idim sənin kimi yaranı,
İthaf etmən bir yol səni görəni,
Çox sallanma Sinəklinin ceyranı
Çöldəmisən, çöldəmisən, çöldəmi?
Hələ gözləyəlim, baxaq sonuna,
Qılavuz et, mən düşəyim önünə,
Gözəl, doğru söylə Derdiçoxuna
Əldəmisən, əldəmisən, əldəmi?