Güli-gülzari-rəsalət bu gecə
Güli-gülzari-rəsalət bu gecə Müəllif: Hacı Rza Sərraf Təbrizi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Güli-gülzari-rəsalət bu gecə,
Şümrdən istədi möhlət bu gecə.
Bir doyunca baxa Əkbər üzünə,
Eyləyə ayə təlavət bu gece.
Zeynəbin qəlbini aram eləyib,
Ola məşğuli ibadət bu gecə.
Yatmayıb ali-Əli sübhə kimi,
Şiə yatsın necə rahət bu gecə?
Bağlanıb su öylə, ləb təşnə qalıb
İtrəti-şahi-vilayət bu gecə.