Güllərə
Güllərə Müəllif: Kəminə |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Xublann işvəsi qara göz olur,
Tamaşa et bülbül ilə güllərə.
Gözəlin şivəsi şirin söz olar,
Söylə qurban olum şirin dillərə.
Al-yaşıl geyinib gümüş quranda,
İpək quşaq incə belə saranda,
Su sonası yaşılbaşı görənde,
Laçın könlüm həvəs eder göllərə.
Ayn düşsəm əlif qəddim yay olar,
Aynlmasam könlüm əcəb cay olar,
Gül üzün görməsəm günüm ay olar,
Ay uzanıb gedər ildən illərə.
Kəminə qoymazlar yar ilen yan,
Fələkdən dad eder gələnin vän.
Mənim dilim, sənin əlin hünəri,
Nüsxə olub qalsm elden-ellərə.