Gülməlidir
Müəllif: Səməd Mənsur
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Mən dedim: “Rəng!” Yenə rəngi-mükərrər, deyirəm,
Rəngidir ərzü səma, bərzəxü məhşər, deyirəm.
Rəngidir ruhi bədən, məsnədü çənbər, deyirəm.
Rəngidir bütgədə, atəşgədə, minbər, deyirəm.
Duyaraq cümleyi-afaqə bərabər, deyirəm,
Etirazın mənə, ey tazə cavan, gülməlidir.
Tayiri fikrim ilə göyləri gəzdim yeksər,
Ta görüm ki, nə imiş şəmsü kəvakib və qəmər.
Parlayır dideyi - əcubə kimi min əxtər,
Hərə ulduz arayır baxtına həp ondan əsər-
Gözləyir, mənzərəsi etdi məni zirü-zəbər,
“Nöh fələk”dən hanı bəs namü nişan? Gülməlidir.
Parçalar gördüm uçur hər tərəfə sərgərdan,
Bilmək olmaz belə saylannı - milyan-milyan.
Hamı bihuş-şüur etmədə daim dövran,
Ədəmi-nəzmi-nizam əqlimi qılmış heyran,
Nə demək Əqrəbü Cövza, o Həməl, ya Sərətan.
Vəhmdir həpsi xəyalat, inan, gülməlidir.
Göyü, əflakı burax, ərzdən et əzm-kəlam,
Bu nədir fırlaniyor ortada top kimi müdam?
Milyon illər dönüyor, lüccədə tutmaz aram,
Milyon illər edəcəkdir yenə şuğlunda davam,
Neçin, aya, nəyə lazım bu təkabu, bu xuram?
Ədlin olsun necə gör bu dövəran, gülməlidir.
Parça bu cismi-müdəvvərdə doğulmuş insan,
Bir takım gəlməlidir, bir takım ifnayə rəvan,
O gələnlər, yaşayanlar gedəni görməz, aman!
Bu nə qəflət, səbəbi rəngidir, ey adəmyan,
Rəngi qoymuş bu kiçik şeyləri həp sərgərdan,
Hirsi-sevda ona heç verməz aman, gülməlidir.
Görə bildinmi bu aləmdə sədaqətdən əsər?
Kimdə gördün, nə zaman? Ver bizə də barı xəbər.
Müstəiddirmi sanırsan şərəfə, sidqə bəşər?
Hansı bir qüvvə bunu qılmış ona müstəhzər?
Bəlkə mən səhvdəyem, səhvimi, vazeh, göstər,
Yoxsa bu səndəki hiddət, həyəcan gülməlidir.
Bu səadət, bu təcahül, bu cəram ağlamalı,
Xalq təhzibinə manedi, müdam ağlamalı.
Hamı məmnundur özündən, bu, tamam ağlamalı,
Hamı vermiş ferəsi-nəfsə lücam, ağlamalı.
Xasü am ağlamalı, püxtəvü xam ağlamalı,
Bunu inkar eləyən mötərizan gülməlidir.
Rəngi anlatdı məni təcrübələr çox əyyam,
Nərəyə baxdım isə rəngi göründü mənə tam.
Bircə misra da qoyub Xacə bütün bəhsə xitam:
“Hər kəsi ruzi-behi mitələbəd öz əyyam”1.
Cam doldur mənə, ey saqiyi-şəngül, mənə cam,
Mənü sən gülməlidir, pirü cavan gülməlidir.
Rəngi bu dehrdə təlin eləmişdir beşəri,
Gəlməz heç guşədən aləmdə ədalət xəbəri
Al da tədqiq elə “Timon Afinski” əsəri,
Gör: Şekspir nə deyir - Hikmətin ali pədəri,
Rəngidir, rəngi-deyir, xilqətin ancaq səməri,
San bir rəngə boyanmış bu cahan, gülməlidir.