Gülməsin
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Gülmesin, hergiz cahanda ruyİ-ürfan, gülmesin,
Çıxmasm şəmsi-temoddun, əhli-vicdan gülməsin.

Gülsün ol kəslər ki, dünyanı xerabistan sevər,
Her ne var şeytan gulərsə gülsün, insan gülməsin.

Sonyalar gülsün, açılsın qönçətək şirin ləbi,
Dərd içinde qoy qala Fatma, Tükəzban, gülməsin.

Elm; sənətle gülərsə qonşular, baxma ona,
Cəhd ele, qardaş, maarifle müsəlman gülməsin.

Paymai olsa hüququ binəva dehqanlarm,
Olsun, olsun, qoy çox olsun, ruyi-dehqan güiməsin.

Ey bizə fani cahanıo dövlətindən dəm vuran,
İstəyirson bizlərə cənnətdə qılman gülməsin?

Görsə bİr məzlumu çahi-zillət içrə can verir,
Olmaz əsla, zövq ilə molla badımcan gülməsin.

  • "Molla Nəsrəddin", 20 may 1914, N 18