Gümüş maral
Gümüş maral Müəllif: Şifahi xalq ədəbiyyatı |
Biri vardı, biri yoxdu, bir şah vardı. Bu şahın bir qızı vardı. Şah qızı böyüyəndə, atası onu ərə vermək istədi. Carçı bütün ölkəni gəzib bütün boyarları və vilayət hakimlərini saraya çağırdı. Bu şahlıqda bir vilayət hakimi var idi. Həmin hakimin bir atıcısı vardı. Həmin atıcı elə sərrast atırdı ki, onun bütün oxları hədəfə dəyirdi və о hər zaman ovdan əlidolu qayıdırdı. Lakin о sadə bir atıcı olduğuna görə bütün qənimətini hakimə, о isə şaha verərdi. Vilayət hakimi şahın əmri ilə saraya getməyə hazırlaşırdı və özü ilə bahalı hədiyyələr götürmək istədi. Buna görə də şaha aparmaq üçün öz atıcısına bir günə doqquz araba ov ovlamağı əmr etdi. Əlac yox idi. Gənc öz yayını götürüb meşəyə yola düşdü. Bütün gün ov ovladı, doqquz araba doldu. Axşama yaxın о evə qayıtmağa hazırlaşırdı ki, birdən onun itləri bir maralın ardınca düşdülər. Ovçu baxıb gördü ki, bu maral adi maral deyil, gümüş maraldır! О maralı nişan alıb yayını çəkmişdi ki, birdən maral dilə gəldi:
-Məni öldürmə, sərrast atıcı, yaxşılığın yerdə qalmaz.
Atıcı təəccübləndi və soruşdu:
-Axı maral mənim üçün nə edə bilər ki, lap elə gümüş maral olsun? Bir az yaxın gəl, mən sənə dəymərəm.
-Yayını kənara at, onda yaxınlaşaram!
Gənc yayını atdı və maral ona yaxınlaşdı:
-İstəyirsən şahın kürəkəni olasan?
-Şah qızını mənə verər? - deyə ovçu inanmadı.
-Sən yalnız əmr et! - deyə maral cavab verdi.
-Yaxşı, elə et ki, şahın kürəkəni olum!
-Onda qulaq as və mən dediyim kimi et. Qənimətini sahibinə apar və onu yola sal, özün isə elə bu yerə qayıt, üç dəfə fıstıq yarpağına fıştırıq çal, mən gələcəm.
Atıcı belə də etdi, sahibini yola saldı, meşəyə qayıtdı və üç dəfə fıstıq yarpağına fıştırıq çaldı. Maral qaçıb gəldi və soruşdu:
-Şahın təşkil etdiyi yarışlara getmək istəyirsən?
Gənc təəccübləndi:
-Kimdir məni oraya buraxan? Mən boyar deyiləm, vilayət hakimi deyiləm, həm də layiqli geyimim, atım və silahım da yoxdur.
-Buna görə narahat olma. Mən sənin atın olaram. Əlini bax о daşın altına sal və ordan iki ilanı çıxar. Onlar fısıldayacaqlar, amma sən qorxma. Onlardan biri yüyən, digəri isə qamçı olacaq.
Atıcı maralın məsləhətinə dəqiqliklə əməl etdi. İlanları çıxardı, birini maralın ağzına yaxınlaşdırmışdı ki, maral dərhal füsunkar ağ ata çevrildi.
-İndi isə bir ağac parçası kəs və ilanları tapdığın daşın üstündəki mamırı təmizlə! - dedi at.
О dəqiqə ağac parçası iti bir qılınca çevrildi, mamırın altmda isə о qızılla işlənmiş paltar dəsti gördü. Atıcı əynini dəyişdi, qılıncını, ox-yayını götürüb atına mindi və saraya yollandı. О paytaxta çatanda carçı şahın qızını bütün miniciləri ötüb keçənə, milçəyi havada vurana və daşı qılıncı ilə iki bölənə verəcəyini car çəkirdi. Yarışlar başlandı. Atıcı iki digər yarışçı ilə birlikdə atını çapdı. Elə yolun yarısında о hamını ötüb keçdi, onun atı küləkdən də bərk qaçırdı və о birinci oldu. Havada uçan milçəyə ox atmağa başladılar. Heç kim bunu bacarmadı, ancaq mahir atıcı milçəyi vura bildi. Daha sonra daşı iki yerə bölmək lazım idi. Lakin heç kim buna cürət etmirdi. At gəncə bəxtini smamağı pıçıldadı. Atıcı var gücü ilə qolaylanıb qılıncı ilə daşı ikiyə böldü. Şah öz qızını atıcıya verdi.
Toydan sonra at atıcıya dedi:
-Mən meşəyə qayıdıram. Bu tükü götür. Sənə lazım olsam, onu yandır və mən qaçıb gələcəm!
-Düz deyirsən, maral, get azadlıqda yaşa! - deyə atıcı cavab verdi. - İndi mən şahın kürəkəniyəm, mənə daha heç nə lazım deyil! - bunu deyib tükü də götürmədi.
Atıcı burda qalsın, sizə kimdən deyim vilayət hakimindən. Hakim öz atıcısını çox gözlədi, lakin о gəlmədi. Odur ki, hakim atıcısını axtarmağa başladı. Çox axtarsa da tapa bilmədi. Onda о meşədəki cadugər
-Mən bunu çoxdan bilirəm, atacan, - deyə qızı cavab verdi. - Gecələr о çox vaxt sayıqlayır
qarının yanına getdi və ondan öz nökərinin harda olduğunu soruşdu. Cadugər qarı paxla tumu ilə fala baxıb dedi ki, hakimin atıcısı artıq şahın kürəkənidir. Bunu öyrənən vilayət hakimi çox acıqlandı. Bu xəbəri şaha çatdırdı, bildirdi ki, onun kürəkəni adi rəiyyətdir. Şah qəzəbləndi, qızını çağırıb əhvalatı ona danışdı.
-və mən başa düşdüm ki, sən məni adi nökərə vermisən.
-Sənin əsl ərin bax budur, qızım! - deyə şah vilayət hakimini göstərdi. - О yalançının isə cəzasını vermək lazımdır. De görüm, qızım, ona hansı cəzanı verim?
-Gəl onu dənizə ataq, qoy onu balıqlar yesin!
Şah razılaşdı və keşikçilərinə əmr etdi:-Atıcını tutun, boynundan ağır bir daş asın və dənizə atın!
Hakimə isə dedi:-Sən mənim kürəkənim olacaqsan! Mən sənə şahlığımın yarısını, bu yalançının gözəl yayını və möcüzəli qılıncını bağışlayıram.
Keşikçilər atıcını tutub dənizə apardılar. Boynundan daş asıb suya atdılar. Gənc suyun dibinə getdi. Amma о şahın və qızının istədikləri kimi boğulmadı. Ayağı dənizin dibinə dəyən kimi böyük bir balıq üzüb onun yanına gəldi və onu uddu. Gənc özünü balığın qarnında gördü. Sonra balıq sahilə tərəf üzdü və ağzını açıb gənci buraxdı. Sahilə yaxın meşə var idi və gənc oraya getdi. Meşədə azmı dolaşdı, çoxmu dolaşdı, heç kim bilmir. Həm də axı şahın öldürməyə əmr etdiyi bir gənc hara tələsə bilərdi ki? Axşama yaxın о yabanı giləmeyvələrdən yeyib uzanıb dincəlmək istədi. Oyananda isə qarşısında gümüş maralı gördü. Atıcı acıqlandı və əlinə keçən ağacı götürüb onun üstünə qolaylandı.
-Dayan, dayan! - deyə maral qışqırdı. – Mən səni xilas etməyə gəlmişəm!
-Yaxşısı budur çıxıb gedəsən, məni günaha batırma! Sənin ucbatından bu bəlaya düşmüşəm!
-Özün günahkarsan, - dedi maral. - Əgər tükü götürsəydin, mən sənin başının dərddə olduğunu dərhal bilərdim. Yaxşı ki, özümü vaxtında çatdırmışam!
-Necə yəni vaxtında? - deyə ovçu etiraz etdi. – Məni böyük bir balıq xilas edib.
-Hə, amma о böyük balıq mən özüm idim. Səni dənizə atmaq istədiklərini öyrənən kimi, mən sənə köməyə qaçdım, amma vaxtında yetişmədim. Onda balığa çevrildim və səni sahilə çıxardım.
-Sağ ol, ay maral, - gənc utandı. - Məni ədalətsiz sözlərimə görə bağışla. Mənə burdan çıxmağa kömək et.
-Daha mən sənə kömək edə bilmərəm. Belə gücüm artıq yoxdur. Amma mən sənə üç ləçəkli bir çiçək verəcəm. О sənə kömək edər. İlk fəlakətdən sonra yaşıl ləçəyi yeyərsən. İkinci fəlakətdən sonra göy ləçəyi ye. Paytaxta çatanda isə qırmızı ləçəyi yeyərsən. Yadında saxla, sənin xoşbəxtliyin ilk çıxan dişdə, kənara sıçrayan ilk talaşada və gözəl bir qızdadır.
Bunu deyib maral ayaqlarını yerə vurdu və yoxa çıxdı. Gənc isə yola düşdü. О meşədə az getdi, çox getdi gəlib bir talaya çatdı. Birdən taladan nəhəng divlər çıxdılar və onun üstünə atıldılar. Ovçu tez yaşıl ləçəyi yedi və о dəqiqə kərtənkələyə çevrildi. О otların arasına girib canını qurtardı. Divlər uzaqda qalmışdılar, atıcı isə dənizə tərəf getdi. О sahil boyunca getdi və əvvəlki yerə çatdı. Gənc anladı ki, о adadadır və heç cür dənizi keçə bilməyəcək. Onda о göy ləçəyi yedi və о an dənizin üzərində göy qurşağı əmələ gəldi. О göy qurşağın üstü ilə körpüdən keçən kimi keçib о biri sahilə çatdı və paytaxta getdi. Şəhərə girməmişdən əvvəl atıcı qırmızı ləçəyi yedi və о dəqiqə gözəl qonur bir ata çevrildi. At kimi çöldə çapdı, sonra isə bir yoxsul qarı ilə bir qocanm həyətinə girdi. Qarı atı görən kimi qaçıb darvazanı bağladı və qocanı çağırdı. Qoca gəldi, ata baxıb başını buladı və dedi:
-Bu at bizə yaraşmaz! Gəl onu şaha sataq!
-Sataq, - deyə qarı razılaşdı. - Bir az pulumuz olar.
Qoca atla birlikdə paytaxta yola düşdü. Orada onu dərhal avaralar araya aldılar - hamı onun gözəl atına baxmaq istəyirdi. Atın sorağı şaha da çatdı, eyvana çıxdı ki, ata baxsın, lakin heç nə görə bilmədi. О zaman о öz kürəkənini ata baxmağa göndərdi. Kürəkəni atı görən kimi dərhal qocaya qızılla dolu bir pul kisəsi verdi. Sonra ata minib sürmək istədi, amma at şahə qalxdı və onu yerə atdı. Vilayət hakimi yerə düşdü və elə əzildi ki, az qalsın öləcəkdi. О bərk qəzəbləndi və atı öldürməyi əmr etdi. Bu zaman yaxınlıqdan gözəl bir qulluqçu qız keçirdi. О atı görüb onu tumarladı və ağlamağa başladı:
-Deməli şahın qəzəbi belə olur! Kiminsə şıltaqlığı ucbatından belə gözəl at ölməlidir! Bu hakim əgər ata minə bilmirsə, onda gərək heç cəhd göstərməsin.
At qıza pıçıldadı:
-Mənə yazığın gəlirsə, mən öləndən sonra qabaq dişimi götür və sarayın bağçasmda torpağa basdır.
Qulluqçu qız onun istəyini yerinə yetirməyə razılaşdı. Cəlladlar atı öldürdükdən sonra onun qabaq dişi düşdü. Qız onu yerdən götürüb bağa apardı və şay sarayının qarşısında torpağa basdırdı. Axşam həmin yerdə gözəl bir ağac bitdi. Ağacın yarpaqları tərpəndikcə gözəl bir mahnı səslənirdi. Səhər bu qeyri-adi ağacın yanına böyük bir izdiham toplaşmışdı - hamı bu ağaca baxmaq istəyirdi. Şahm kürəkəni də ağacın yanına gəldi. Amma о ağaca yaxınlaşan kimi mahnı kəsildi və budaqlarda tikanlar bitdi. Budaqlar kürəkənin üzünə çırpılmağa başladı və üzünü qan-qançır etdilər. Şahın kürəkəni acıqlandı və ağacı kəsdirməyi əmr etdi. Bunu qulluqçu qız da eşitdi və dedi:
-Belə gözəl ağacı şahın kürəkəninin şıltaqlığına görə kəsəcəklər!
Bu vaxt ağacın yarpaqları xışıldadı:
-Əgər məni xilas etmək istəyirsənsə, məni kəsməyə başlayanda kənara sıçrayan ilk
talaşanı götür və onu gölə at!
Qız belə də etdi. Talaşanı gölə atmışdı ki, о qızıl bir ördəyə çevrildi. Şahın kürəkəni qızıl ördəyi görən kimi onu oxla vurmaq istədi, lakin ox yan keçdi və ördək əks istiqamətə üzməyə başladı. Kürəkən ikinci dəfə də nişan aldı, amma ox yenə hədəfdən yayındı. Yalnız üçüncü dəfə oxunu atdıqda ördək suda çevrildi. Onda kürəkən soyunub ördəyi çıxarmaq üçün suya girdi. Suya girən kimi bayaqdan özünü ölülüyə vuran ördək havaya qalxdı və kürəkənin paltarları olan yerə uçdıı. Orda о yerə enib insan şəklinə düşdü. Gənc geyindi, ox-yayını və qılıncını götürüb şəhərə getdi. Vilayət hakimi sahilə tərəf baxdı, əvvəlki atıcısını gördü, qorxudan bağrı yarıldı və suda boğuldu. Atıcı isə saraya yollandı. Amma keşikçilər onu yaxşı qarşılamadılar: darvaza bağlı idi, bürclərdən isə oxlar yaymağa başladı. Lakin gənc, о axı dünyada ən sərrast atıcı idi, bütün keşikçiləri qırdı və saraya daxil oldu. Şahın qızı onu görən kimi qorxuya düşdü. Ağlayıb onu çox sevdiyini söylədi. Amma atıcı onun göz yaşlarına inanmadı:
-Nə səbəbə məni dənizə atdırdın?
-Pisliyi unut, - deyə şah qızı cavab verdi. – Sən ki sağsan!
-Yaxşı, unudaram, - deyə atıcı razılaşdı. - İndi mən atanla səni dənizə atdıracam. Sağ qalsanız danışarıq.
Əlbəttə ki, şah və qızı dənizdə batdılar, atıcı isə qulluqçu qızla evləndi və ölkəni idarə etməyə başladı. О ədalətli və xeyirxah bir şah oldu. Çox uzun müddət xalqın yaddaşında qaldı.