Günü-günə calasan da

Günü-günə calasan da
Müəllif: Aşıq Şenlik
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Keçən günə günlər çatmaz
Günü-günə calasan da!
Dərdli adam gecə yatmaz,
Şirin layla çalasan da!

Öz dərdini özün üyüt,
Alma, heyva verməz söyüd.
Anlamazlar almaz öyüd –
Şahmar olub çalasan da.

Səfil Şenlik ağlar, gülməz,
Nanəciblər dostu bilməz.
Fani dünya sənə qalmaz,
Altun verib alasan da.