Gündü (Aşıq Şenlik)
(Günüdü (Aşıq Şenlik) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gündü Müəllif: Aşıq Şenlik |
Bu günə deyərlər qurban bayramı,
Hacılar murada yetdiyi gündü.
Səksən min ehtacı doxsan min hacı
Alıf Arafata getdiyi gündü.
Bir gecə guşumda əmr etdi Cəlil,
Kağızı qələmi alıfdı dəlil,
Arafat dağında İbrahim Xəlil,
İsmayılı qurban etdiyi gündü.
Quyunun içində Yusufu kənan
Haqqın dərgahına gətirdi güman
Dadına yetişdi ulu bəzirgan
Götürüb misirdə satdığı gündü.
Aldandı iblisə yazıdı bəyin
Onu eşidənlər hep lənət deyən,
Kərbəla çölündə imam Hüseyn
Qızıl qan içində yatdığı gündü.
Şenlik der Peyğənbər getdi Mehraca,
Dürdən libas geyib yetişdi taca,
Qənimət gətirdi yerah möhtaca,
Əli də gah-gaha tutduğu gündü.