Gün Ay
Müəllif: Şifahi xalq ədəbiyyatı


Günlərin bir günü Ayın anası qonşu ilə çörək yapırmış. Təndir qızhaqızda odun qurtarır. Həmin qonşu qadın üzünü tutur qızına, deyir ki, get çırpı gətir. Qız da başını sallayır, gedir çır-çırpı yığsın. Qız çırpı yığa-yığa yerə yaxın olan göyə çıxır, orda da yolu azır. Arvadlar çox gözləyir, amma Günəş gəlib çıxmır. Ayın anası oğlunu danlayır kin, nə üçün Günəşi tək buraxdın. Sonra da acıqlanıb unlu əli ilə Ayın üzünə vurur. Ay üzündə un ləkəsi gedir Günəşi axtarmağa. O da göyə çıxır. Ora Günəş, bura Günəş, Günəş nə gəzir. Ay da əliboş geri qayıtmır. Bu zaman göy guruldayır, ildırım çaxır, göy yerdən, yer göydən ayrılır. Ayla Günəş qalırlar göyün üzündə.

Elə o vaxtlardan Ay Günəşin dalınca düşüb axtarır kin, desin anası onu gözləyir, çırpını tez çatdırsın. Amma hələ də Ay Günəşi tapa bilməyib.

Mənbə

redaktə