Gün doğacaq, aləm olacaq Gülüstan, Heyran-Zaman

Gün doğacaq, aləm olacaq Gülüstan, Heyran-Zaman (1995)
Müəllif: RAUF CAVAD

Rəhm et! Sən günahkarları Bağışlayan və Mehriban!
Bizə bərəkətli bayramı mübarək et, Ey Ehsan!

Kəsirəm bu heyvani nəfsi, Sənə qurban Gözəlim,
Qəbul et bu fəqirdən nəfsi-qurbani, Sənə Heyran.

Ey Həsən, edilən nəfsi-ehsanlari gör, qəbul et,
Bax, kəsilən nəfsi-qurbanlari, qəbul et, Ey Sübhan.

Nəfsim təslim olub bezib zülmdən, al məni məndən, Yar,
Əli Ədalət, dilimi Sabir et, nəfsimi Şükran.

Nə olar can Əli İbrahim, nəfsi İsmayil eylə,
Əfv et! Çarmıxa çək! Günahları İsadan dəf et! An!

Əli, ehsan etməyə islah, nəfsi şah Nəsimi et,
Gözü, sevdalı Gözəl, ziyandan et aman, ver eşq-Can.

Dili pis qeybətdən çək, danışım Həqdən-Füzulidən,
Sə-bir et Nizami, söyləyim Əli Əkbər Sabirdən, qan.

İblisi əsləyib-bəsləyir qanmaz-cahil nəfsində,
Əbləhi görmür, olub hakim! Vicdanı təslim! Yaman!

Şeytanı dəyişib? Bax adına guya olub Heydər?
Yeni sima, səs-İlham gəlir! Əlini kimdi danan!?

Dost-düşmən dəyişib, geyib bic tülkü Aslan libasın,
Bilinmir rəngi Əmir tut qulağından As, Yaradan.

Həya sifəti dəqiq Qırmızı it, bic Göy rəngli-bit,
Əlimizdən küsüb mərd Ədalət, Qeybət varmı qanan!?

Əqlim üsyankar Cahil Süfyana, məqsədim İnqilab!
Hüseyn Nicat qapısı! Yusifdən gələcək tək fərman!

Uca məqamım, səcdəcahım Əli, alacaq qanın,
Gözlərimin Nuru gələcək, İntiqam, ar anlayan.
 
Həsən sülh etdi insanlıq oyana! Bəs Oyandımı?!
Xəyalım mütləq gələcək! Sülh-barış olacaq dərman!

Gələcək Rauf! İsmi Abbas, Ədalətə Bayraqdar!
Gün doğacaq! Aləm olacaq Gülüstan! Heyran-Zaman!