Günbəgün (Şair Məmmədhüseyn)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Günbəgün (Şair Məmmədhüseyn) Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Zalım fələk, bu nə qəsdir edirsən,
Yandırdın cismimi nara günbəgün.
Dərdi-qəmim ümman olub daşıbdır,
Gəlmişəm əlindən zara günbəgün.
Bir həmdəmim, bir sirdaşım, bir arxam,
Köməyimdir o qocalmış pir atam.
O da eldən getdi, kəsildi çarəm,
Etdin məni bəxti qara günbəgün.
Nə qəsdin var mənim ilə çəkirsən,
Var ömrümə sən od-alov tökürsən.
Mən tikirəm, sən bir ucdan sökürsən,
Salırsan çıxılmaz dara günbəgün.