Günbəgün (Aşıq Mahmud)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Günbəgün (XIX əsr) Müəllif: Aşıq Mahmud |
Bağban oldum qönçə gülüm dərmədim,
Bülbül kimi düşdüm zarə, günbəgün.
Dünya, sənin ağ gününü görmədim,
Ömrüm keçdi səndə qarə günbəgün.
Hara gedək Əhmədlinin əlindən,
Baş açmadım tövcikarın felindən,
Neçə nəfər məafların əlindan,
Biz fağırlar gəldik zarə günbəgün.