Gələsən bunda sənə mən qərəzim yox, eşidirsən

Gələsən bunda sənə mən qərəzim yox, eşidirsən (XIII əsr)
Müəllif: Mövlana Cəlaləddin Rumi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Gələsən bunda sənə mən qərəzim yox, eşidirsən
Qalasan anda yavuzdur gələyin qanda qalırsan
Çələbidir qamu dirlik çələbə gəl, nə gezirsən
Çələbi qullann istər, çələbini nə sanırsan
Nə ağızdır, nə ağızdır çələb ağzmdan çığırmaq
Qulağm aç, qulağın aç, ola kim anda dəyərsən.
Essun varisə ey qafil
Aldanmagil zinhar mala.
Şol nəsnəyə ki sən qoyub
Gedirsən ol geru qala.
Zəhmətin görübdün
Dilərsən dünya malını.
Anlar qılar anı xərac
Edib səni anmaya rahi bula.
Yoxsul isən səbr eyləgil,
Gər bay isən xeyir eyləgil,
Hər bir halə şükür eyləgil
Haq döndürür haldan halə.
Dünya onun, axrət onun
Nemət onun, möhnət onun
Tamu onun, cennət onun.
Haqqa mənə nə mal gərək,
Diləyim eyi hal gərək,
Nə qül gərək, nə qal gərək
Kəndisini bilən qula.
Mən bir bican, ey İllah
Yavlaq çox eylədim günah.
Yazıqlanmdan ah, ah
Nə şərh edəm gəlməz dilə.
Ey Şəms, dilə haqdan haqı
Biz faniyiz, oldur baqi.
Qamular anm müştaqi
Ta xud ki ol kimin ola.