Gəl-gör, təmaşa eylə ki, sevdanın qan olduğun
Gəl-gör, təmaşa eylə ki, sevdanın qan olduğun (1997) Müəllif: RAUF CAVAD |
Hər gün keçir ömrüm, nə biləydim Zaman olduğun,
Qalıb can qərib-tək, nə biləydim Canan olduğun.
Küfr eylədi zalım dövrana, dedilər dəli kafir,
Dərdi, hər dərdə yar, bilmədilər dərman olduğun.
O Aşiq ki, bulmuşdu şirin məhəbbət-gövhəri,
Oldi cani əsir, aldı ölüm fərman olduğun.
Boyanmışdı gül üzlü yar al-qırmızı rənglərə,
Gəl-gör, təmaşa eylə ki, sevdanın qan olduğun!
Qara zülfün əsiriyəm, tökülüb ağ sinəyə,
Bəzənib gül-lalə, qan ki, torpağın can olduğun.
Kaş ola biləydim o dəmdə Dilbərimə həmdəm,
Çəkəydim nazını, sevəydi nəfs Heyran olduğun.
Yarın nəzəri saldı bu fəsli məğrib- məşriqə,
Bir də bulunmaz kimsəsizə ərməğan olduğun.
Rauf bilirdi əzəldən kimdi cəfakar şimdi,
Vəfasız kimsəyə yoxdur ümid-güman olduğun!