Qəm əlindən, mənim zülfü siyahım,
Bir ox dəydi sinəm yaralandı, gəl.
Sona başın üçün ağlatma bizi,
Bu gün sevda candan aralandı, gəl.
Qəmlə hasarlandı, məkanım, yurdum,
Eşitməz avazım, dinləməz virdim.
Bir deyil, beş deyil, on deyil dərdim,
Düyümlər baş verdi, sıralandı, gəl.
Həsrətinə vasil olummu böylə,
Məcnuna da daim qalırmı Leyla?
Ölümlü dünyadı, gəl halal eylə,
Yükləndi barxanam, girələndi, gəl.
Nə çəkərsə, dərdli sinəm dağ olmaz,
Günlər gələr, keçər, ömür çoxalmaz,
Neştəridir, yaralarım sağalmaz,
Göyərdi çevrəsi, qaralandı, gəl.
Pir Sultan Abdalam, həftədə, ayda,
Günlər gələr, keçər, bulunmaz fayda,
Könül Haqq arzular, canım hay-hayda,
Torpağım üstümdə kürələndi, gəl.