Gəl bəri (Pir Sultan Abdal)

Gəl bəri
Müəllif: Pir Sultan Abdal
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11.

Açıldı cənnət qapısı
Ləli gövhərdir yapısı.
Qıldan incədir körpüsü
Keçə bilirsən, gəl bəri!

Mən xocama qul olmuşam,
Ustaddan öyüd almışam,
Mən qanadım bağlamışam,
Çözə bilirsən, gəl bəri!

Pir Sultanam Heydər həmən
Dağları bürüdü duman.
İştə İncil, iştə Quran –
Seçə bilirsən, gəl bəri!