Gəldi-getdi (Ağdabanlı Qurban)
Gəldi-getdi Müəllif: Ağdabanlı Qurban |
Mənbə: Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09. |
Ey kamalı kamil olan ariflər,
Dünyaya nə qədər var gəldi-getdi,
Göydən yağdı, yerdən bitdi, saraldı,
Daşdı sel, əridi qar, gəldi-getdi.
Xəzan yetdi gülə, bülbüllər ağlar,
Pozuldu bostanlar, üzüldü tağlar,
Bağbanlar əl çəkdi, boş qaldı bağlar,
Töküldü meyvələr bar gəldi-getdi.
Arzularım mən bir doğru həqiqət,
Əzilib füqəra, sahibsiz millət,
Biçarə Qurbanam, çəkdim əziyyət,
Ayım, günüm, ahü zar gəldi-getdi.