Gəldi yenə Rəhim xan İranə, barəkallah!

Gəldi yenə Rəhim xan İranə, barəkallah!
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar. Seçilmiş əsərləri (PDF) (az.). "Şərq-Qərb". 2006. ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.

Goldi yene Rəhim xan İranə, barəkallah!
Çıxdı əceb igidtək meydanə, barəkallah!

Çün gördü başpozuqluq olmuş bu qövmə pişə,
Etmiş cəmaət adət qan tökməyə həmişə,
İştə bu zalım istər vursun dübarə tişə,
Aləm bütün boyansın al-qanə, barəkallah!

Bir-bir çü müstəbidlər İranə olmuş azim,
Rusiyyede dübare qalmaq daha nə laztm?
Fikri budur ki, şahe olsun genə mülazim,
Etmiş qesəm şu ehdü peymane, barəkallah!

Gördü ki, parlamanda var başqa ciddü qeyrət
Axırda verdİlər çün Eynüddövləyə vezarət,
Gəldi bu da təpİlsin, qoysun binayi-qaret,
Yar olsun ibn-ümmül-xaqanə, barəkallah!

Bunlar kİ, getdi, dəydi çun bir-birinə İran,
Oldu bütün viiayət əhrar əlindo viran,
Oldur ki, nail oidu, dilxahinə Rəhim xan,
Müjdə yetİşdi Züli-Sültanə, barəkallah!

Söz yox, gərəkdi çatsm məqsudinə süpəhdar,
Oİsun cəri qitalə yeksər güruhi-əşrar,
Ta belkə, Məmdəlinİ cəlb eyləsinlər təkrar,
Gəlsin, özün yetirsin Tehranə, barəkallah!

Yefrem gorəkdir İşdən çıxsm bütün kənarə,
Təfviz olunsun işlər öz əhlinə dübarə,
Lazımdı mürtəcelər çatsmlar ixtiyarə,
Gelsinlər şahsevənlər cövlanə, barəkallah!

Caiz deyil ki, olsun Təbrizdə əmnü rahət,
Labüddü Həştrudda qopsun gərək qiyamət,
Kürdlər Savucbulaqda yapsın gorək cinayət,
DÖnsün həmişə cənnət niranə, barəkallah!

Müştaqdir cəmaet bəs kim vücudi-şahə,
Tabedilər həmişə qəlbən cünudi-şahə,
İştə yetibdı indi növbət vürudi-şahe,
Gəlsin keçirtsin ömrünü şahanə, barəkallah!

  • “Molla Nasraddin’, 22 dekabr 1910, N 41