Gəldin
Gəldin Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Qədəmin şəfadır xəstə canıma,
İncimə ay İnci, göz üstə gəldin.
Nə xoşbəxt insanam anmısan məni,
Səndən söz düşmüşdü, söz üstə gəldin.
Yamanca bəd yuxu gördüm huşumda,
Ötdü o xoş səsin birdən guşumda.
Doğrudan sənmisən duran qarşımda,
Gəl bu vaqiəni yoz, üstə gəldin.
Ha gözlədim yar məndən könül uma,
Əriyib eşqindən dönmüşəm şama.
Məmmədhüseynin könlü gəldi ilhama,
Axır vaxtdı, söhbət-saz üstə gəldin.