Gəlir (Çoban Əfqan)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəlir (Çoban Əfqan) Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Müjdə verdilər ki, mənə el oğlu,
Yarın gör nə işvə, naz ilə gəlir.
Gah yeriyir, gah da dönüb boylanır,
Xumar, xallı ala göz ilə gəlir.
Dərdi deyim hansı qardaş, bacıya,
Yanan tüstüm qalxır mənim bacaya.
Yarım baxmaz nə cavana, qocaya,
Vardır ürəyində söz ilə gəlir.
Əfqan aşiqindir, nəzər sal ona,
Qulac qollarını dola boynuna.
Gölündən ayrılmış yaşılbaş sona,
İtirib ördəyi qaz ilə gəlir.