Gəlir (Dadaloğlu)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlir (Dadaloğlu)
Müəllif: Dadaloğlu
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Yüri iyid, yürü, yoluna yürü,
Aqustosda ərir dağların qarı.
Qayet gözəl olsa iyidin yarı,
O iyid yanına nazınan gəlir.

Sənə derim, sənə, ey Xınalı daş,
Gözümdən axıtdın qanlar ilə yaş.
Göllərdə oynayan iki yaşılbaş,
Göllərin səfası qazınan gəlir.

Yürü iyid, yürü, yolundan qalma,
Hər üzə güləni dost olur sanma,
Ölümdən qorxub da sən geri qalma,
İyidin alnına yazılan gəlir.

Misis körpüsündə qollarım bağlı,
Ayrılıq əlindən ciyərim dağlı,
Göysuya varınca Bayazidoğlu
Sənə gələn bəylər sözinən gəlir.

Dadaloğlum der ki, qolun bazılı,
Atım göy Qır atdır, yarım tazılı,
Gəlir qoyunları yanı quzulu,
Qarışmış sağmalı yüzinən gəlir.