Gəlmə (Əhməd Cavad)

Gəlmə
Müəllif: Əhməd Cavad

Albərk təkrar Bakıya galəcəkləri
xabəri çıxdığı vaxt söylənilmişdir.

Bu dağlar bənimdir, yeni gün gördü,
Boğar səni ahım, ey duman, gəlmə!
İnanma fələyə, dönükdür üzü,
Bir üzə gülməyir, hər zaman, gəlmə!

Ey yağmursuz bulud, uğursuz kölgə,
Dəyişməm bən “alı”, о çirkin rəngə!
Sevdası könlüm də bir darğın ölkə,
Baxar yad gözlərə pək yaman, gəlmə!

Könüllər bir dəniz, coşdurma onu,
Coşqun könüllərin fırtına sonu!
Sən ey Şimal yeli, gəl etmə bunu!
Yox isə əmrinə uymayan, gəlmə!

Sən ey gözlərimə batan quruntu,
Sağlam bir imana səndən nə qorxu?!
Bəslərsə vicdanlar pək böyük duyğu,
Yenilməz bir qala - hər vicdan, gəlmə!