Gəlmədi (qoşma, Yəhya bəy Dilqəm)

Gəlmədi
Müəllif: Yəhya bəy Dilqəm
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Vədə oldu xilaf, illər dolandı,
Qıza nə üz verdi, nazlım gəlmədi.
Bir neçə qasiddən, badi-səbadən,
Ərzə qulluğuna yazdım gəlmədi.

Əzəldən o, şirin-şirin danışdı,
İndi üzü döndü, cismim alışdı,
Pərivəş cilvəli, laçın baxışlı,
Yüz naz ilə xumar gözlüm gəlmədi.

Bizdən yad olmuşdu peymanələr tək,
İndi üzü döndü biganələr tək,
Leylisiz Məcnunəm divanələr tək,
Düşdüm səhralərə gəzdim gəlmədi.

Bir vədə edərdi mənlə aşnalıq,
Bilməm nədən gördü o bivəfalıq,
Əğyar aralığa salıb cidalıq,
Kəmlütf oldu, şirin sözlüm gəlmədi.

Gözüm qaldı onun hindu xalında,
Hilal qaşlarında, mah camalmda,
Onun təki bivəfanm yolunda,
Dilqəməm, canımı üzdüm gəlmədi.