Gəlmişəm pambıqlar diyarından
Gəlmə Müəllif: Əhməd Cavad |
Gəlişim yaxındadır,
Pambıqlar diyarından;
Ağ donlu tarlalardan,
Salamlar gətirmişəm!
Ölkəmizdə su basan
Bir qarış yer qalmamış.
Bu il daha həvəslə,
Əkmişəm, bitirmişəm!
Mən bu günün Rüstəmi,
Yoxsulluq bir əjdaha.
Yıxaraq əjdahanı,
Çıxdım polad nərlərimlə!
Qoy görsün bütün dünya,
Qoy görsünlor bir daha!
Qoy mənə dost deyənlər,
Sevinsin hünərimlə!
Mən tarlada ər kimi
Çalışarkən, vuruşarkən;
Dostlarım çoxalırsa,
Düşmənim də var hələ.
Pambığımın hər şaxı
Düşmən gözünə tikan.
Sərhəddin xaricindo
Bu dağlardan о yana
Göz dikənlər də vardır
Tarlamın ipəginə
Onların həddi varsa,
Bir baxsınlar bu yana;
Əlimdəki dırmığı
Taxaram bəbəyinə!
Arxam sənə dayanmış
Yaxşı. yanım günümdə.
Alıyorlar mədənində
Çalışan işçi yoldaş.
Kimdən qorxum var mənim?
Sən var ikən ölkəmdə!
Ay mənə pul göstərən,
Bilikli fəhlə qardaş!
Mən bir xəbər deyirəm,
Yandı bir az ürəyim.
Dost ağzından eşitdim
Deyirlər "kəsirin var"...