Gəlmisiz
Gəlmisiz Müəllif: Aşıq Valeh |
Mənbə: "Aşıq Valeh (1729 - 1822)" (az.). shahbulaq.az. 11.02.2013. İstifadə tarixi: 2015-04-22. |
Toy-düyündən gələn qızlar, gəlinlər,
Toyunuzdan əcəb hallı gəlmisiz.
Aşıq öldürməkdə varmı qəsdiniz,
Nə fikirli, nə xəyallı gəlmisiz?
Biri birisini çağırır bacı,
Biri başqasına baxır qıyğacı,
Nə vaxtdı dahanım dadıyır acı,
Üçünüz də ləbi ballı gəlmisiz.
Eynini eynimdən eyləmə iraq,
Axıban didəmdən tökülər fəraq,
Bir sənəm, bir Valeh, bir xəlvət otaq,
Hayıf ola qalmaqallı gəlmisiz.