Gəlsin (Aşıq Valeh)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəlsin (Aşıq Valeh)
Müəllif: Aşıq Valeh
Mənbə: Aşıq Valeh. "Qarabağdan səfər etdim" (Toplayıb tərtib edəni: Almara Nəbiyeva).

Qarabağdan dov eləyib gəlirəm,
Məndən dovtələbi varsa, de gəlsin,
Cəhənnəmi bu dünyada göstərim,
Hansı bəndə günahkarsa, de gəlsin.

Çıxaram meydana divanə nisbət,
Pəhləvanam, Əbdülmərcana nisbət.
Firona, Firdövsi, Salsala nisbət,
Onlardan da xəbərdarsa, de gəlsin.

Mənəm şair Məhəmmədin növbatı,
Aşıq Güllü, aşıq Cünun nabatı.
Aşıqlıqda hər kəsdənin evladı
Valeh ilə bərabərsə, de gəlsin.