Gəncə (Molla Abbas Şölə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəncə
Müəllif: Molla Abbas Şölə

Gәl, ey alәm ara qәmxanә Gәncә,
Dönübsәn mәhbәsü zindanә, Gәncә!
Әgәrçi zahirәn abad olubsan,
Olubsan batinәn viranә Gәncә!
Sәnin üstündә çox qanlar tökülmüş,
Binayi-dәhrdәn piranә Gәncә!
Gәhi Osmanlının, gәh Rusun oldun,
Nәsib oldun gәhi İranә, Gәncә!
Bu çәrxin qafil olma gәrdişindәn,
Olur dövran yenә dolanә, Gәncә!
Yәqin et, sәndә heç bir qәlb açılmaz,
Gedә gәr bağ ilә bostanә, Gәncә!
Olur şad ol zamanda kim, ayağın
Qoyar bir mәscidә, meydanә, Gәncә!
Bina tutmaz birisi sәndә yayda,
Atarsan hәr birin bir yanә, Gәncә!
Әdәb, hörmәt aradan oldu nabud,
Çü fayton gәldi bu meydanә, Gәncә!
Keçәnlәr öldü qurtardı, yerindәn--
Ki, biz gәldik yaman dövranә, Gәncә!
Hәqiqәt Qafqazdә şәm idin sәn,
Cәmii-şәhrlәr pәrvanә, Gәncә!
Sәdaqәtlә rәfaqәt itdi, getdi,
Dönüb işlәr hamı yalanә, Gәncә!
Lisanlar cümlәsi tәğyir olundu:
"Pajalusta" olub qurbanә, Gәncә!
Mәqamı kәfşkәn kәslәr keçәrlәr
Necә gör sәdrә bir şahanә, Gәncә!
Olar kim, beş qruşa yalvarırdı
Demәzlәr indi pul milyonә, Gәncә!
Nә günlәr sәndә gördüm bundan әqdәm,
Hәzaran heyf ol dövranә, Gәncә!
Ağardı baş, dişim sәndә töküldü,
Mәni hәsrәt qoyubsan nanә, Gәncә!
Olar kim, tülküdәn eylәrdilәr xövf,
Dönüblәr şir ilә aslanә, Gәncә!
Tamam iftardә paprus çәkәrlәr,
Olubdur çün әvәz qәlyanә, Gәncә!
Әcәb iftar, әcәb ruzә, әcәb rәsm,
Şәriәt düşdü çox nöqsanә, Gәncә!
Gözüm yaşı bu ruxsarә rәvandır
Gedәndә sәmti-qәbristanә, Gәncә!
Çәkәr meydanü mәscid iştiyaqi,
Gedәndә Şölә Hayestanә, Gәncә!