Gəncədən gəlirəm
Gəncədən gəlirəm Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. "Seçilmiş əsərləri" (PDF) (az.). Şərq-Qərb. 2005. 2018-09-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-27. |
Gəncədən gəlirəm, yükiim üzümdü, |
Gəncədən gəlirəm, yüküm xurmadı,
Gəncənin yolları burma, burmadı.
Gəncədə bir qız var, teli dumadı,
Günəşə sən çıxma, mən çıxım deyir!
Gəncədən gəlirəm, yüküm çiçəkdi,
Gəncənin gülləri ləçək-ləçəkdi.
Gəncədə bir qız var, adı Çiçəkdi,
Quşlara sən uçma, mən uçum deyir!
Gəncədən gəlirəm, malım nə maldı,
Gəncədən aldığım ipəkdi, şaldı.
Gəncədə bir qız var, adı Maraldı,
Ceyrana sən qaçma, mən qaçım deyir!
Gəncədən gəlirəm, yüküm xınadı,
Könlüm dəli quşu ona qonadı.
Gəncədə bir qız var, adı Sonadı,
Sulara sən axma, mən axım deyir!
Gəncədən gəlirəm, sözə bənd olub,
Gəncənin meyvəsi şəkər, qənd olub.
Gəncədə bir qıza gözüm bənd olub,
Cavada sən baxma, mən baxım deyir!