Gərək (Aşıq Qoca)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərək
Müəllif: Aşıq Qoca


Mərdlər meydanında dotələb gəzən,
Ceylana çranağa səməndər gərək,
Kamil ovçu atar oxunu gözlər,
Arif mizanında qələndər gərək.

Çoxdandır mayılam o qələm qaşa,
Sevgi sevgisindən əl çəkməz haşa,
İki qoç gələndə qəfil baş-başa,
Kəllə davasına çox ləngər gərək.

Aşıq olub püxtə deyən adına,
Dayanarmı, atəşinə, oduna,
Qoca dərs alıbdır, bax ustadına,
Ustaddan dərs alan bir pərgar gərək.