Gərək (Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərək (Qurbani)
Müəllif: Dirili Qurbani
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05.

Mәnlә bәhs elәyib, gözәlәm deyәn,
Ağ üzündә tәk bir, tәk bir xal gәrәk.
O qaymaq dodağın sәdәf içindә,
Әmmәk üçün lәblәrindә bal gәrәk.

Sağrı başmaq geyib, nalçası gümüş,
Zәr tanalı köynәk, hәşyәsindә quş,
Mirvari topuqlu, tutayı naxış,
Qırx işkә qız sәnә xidmәtkar gәrәk.

Naxışkar eyvandır - tamam zәrnişan,
Ağ üzündә qoşa xallar bir nişan,
Ala yazma döşәk, xalı Xorasan,
Qurban, bu dövlәtә bir iqbal gәrәk.