Gərək (qoşma, Koroğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gərək Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Ərzurumun bazarına varanda,
Məqamda düşmanı atmağın gərək.
Gördün ki, mətləbin başa varmadı,
Ərəb at yalına yatmağın gərək.
İgid gərək meydan aça, düz dura,
Düşman qabağında bığını bura.
Ayaqların üzəngiyə bərk vura,
Şeşpəri şeşpərə çatmağın gərək.
İgid olan neylər əllini, yüzü?
Namərdin davada dörd olar gözü.
Budu Koroğlunun, oğul, bil sözü,
O Telli xanımı tapmağın gərək.