Gərək insan yaşarkən xeyirxah insan olsun
Gərək insan yaşarkən xeyirxah insan olsun! (1995) Müəllif: RAUF CAVAD |
Gərək insan yaşarkən xeyirxah insan olsun!
Ölərkən də yeri, evi cənnət məkan olsun!
Gəl incitmə zəif bir kimsəsizi, günahdır!
Yaxanı tutacaq bir gün, bax həmin o ahdır!
Gəl diqqət elə, sonra eylə ibadət zikri,
Düşün yaxşı-pis əməlin, eylə nəzər fikri!
Cümlənin hər mənası gərək Yaradan olsun!
Bir sözlə yaranıb, cəmi xilqət cümlə cahan!
Dərk edən şəxsiyyət olar cümlə sözə heyran!
Əzəldən kin bəsləyib insana İblis-nadan!
Düşməndir yaxşı əmələ bu xar Əbləh-şeytan!
Kim istər görə əməlin, dərdə dərman olsun!
Gəl ol bəşərin dərdinə şərik, eylə əlac!
Bax-gör, nə qədər çox ac var, gəzir ac-yalavac!
Qoyub başına zalım hökümdar qızıldan tac!
Soyur, guya yığır xalqın dərdiçün vergi-bac!
Məzlumun səsin duymağa, qəlbdə vicdan olsun!
İki gözü tərəzi-mizan Həqq-Ədalətin,
Sanma ki, sormaz ədəbsizdən öz Mərifətin!
Əsirgəməz əzilən kəsdən Rəhmət-Şəfqətin!
Verər öz həqqin, həm dünyasın həm Axirətin!
İmanlı olmaqçün gərək Rauf Güman olsun?!