Gərəkdi (Vəli Bozalqanlı)

Gərəkdi
Müəllif: Vəli Bozalqanlı
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023.

 
Aşıq olub oba-oba gəzənin,
Danışmağa şirin dili gərəkdi.
Arif məclisində, arif yanında,
Düzgün sözü, xoş zülalı gərəkdi.

Ana-bacı deyə qıza, gəlinə,
Eyni bələnməyə küdrətə, kinə,
El içində təmiz dura, düz dinə,
Bütün məsaildən halı gərəkdi.

Qəvvas olub dəryalara dalmağa,
Dərin kəlmə deyib cavab almağa,
Anlayan məclisə qurban olmağa,
Sədaqətdə Şair Vəli gərəkdi.