Gərəkdi (qoşma, Koroğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gərəkdi Müəllif: Koroğlu |
Mənbə: Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. 17 iyun 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 17 iyun 2023. |
Sənə deyim qoç igidin nişanın,
Aça yağılarla meydan gərəkdi.
Nərə çəkib atılanda ortaya,
Qaça qabağından düşman gərəkdi.
Təslim deyib qəniminə enməyə,
Əcəl çağı yoldaşından dönməyə,
Düşman qabağında heç vaxt sinməyə,
Meydanlarda qızmış aslan gərəkdi.
Qoç Koroğlu meydan açıb öyünü,
Namərd sinəsinə çəkər düyünü.
Ac qurdlardan saldırmağa qoyunu,
Qurd ağızlı qoçaq oğlan gərəkdi.