Gər istəsən ki, fitneyi-aləm oyanmasın

Gər istəsən ki, fitneyi-aləm oyanmasın
Müəllif: Mirzə Ələkbər Sabir


Gər istəsən ki, fitneyi-aləm oyanmasın,
Dövri-qəmərdə əqrəbi-zülfün dolanmasın,

Göstər çəməndə nərgisə hər sham gözlərin,
Ta sübh olunca xabi-ədəmdən oyanmasın.

Yox məndə tab vəslinə, göstərmə ruyini,
Pərvanə shəmi görsə, nə mümkündü yanmasın.

Kuyin rəqibə məskən olub, gəlmərəm dəxi,
Nə görməsin gözüm və nə könlüm bulanmasın.

Sirri-dəhanini demə naəhl zahidə,
Qoy bixəbər qalıb belə əsrari qanmasın.

Canım çıxar çıxanda xətin gülüzardə,
Eylə xətin tərash, qoy ömrüm uzanmasın.

Derlər, nəvidi-vəsl verib yar Sabirə,
Xam olmasın, bu mətləbə hərgiz inanmasın.

Mənbə

redaktə
  • Mirzə Ələkbər Sabir, Hophopnamə. Bakı, "Turan" nəşrlər evi, 2002. səh. 307