Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər
Gətir, gətir, gətir ol kaseyi rəvanpərvər Müəllif: İmadəddin Nəsimi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Getir, gətir, gətir ol kaseyi rəvanpərvər,
Götür, götür, götür ol çəngi, bir nəva göstər.
yerim, verim, verim öz canımı mən ol yarə,
Öpüm, öpüm, öpüm ol ləli şəhdilə şəkkər.
Ləbin, ləbin, ləbinizdən əqiq ləlilə mat,
Dişin, dişin, dişinizdən bəhanəsiz gövhər.
Sözün, sözün, sözünüzdən utandı qəndü nəbat,
Üzün, üzün, üzünüzdən tutulu şəmsü qəmər.
Məni, məni, məni qəmzə oxilə öldürdü!
Sənin, sənin, sənin ol cadu gözlərin yeksər.
Saçın, saçın, saçınızdan Xətayi müşk xəcil,
Qaşın, qaşın, qaşınızdan bu kirpiyinlə cigər.
Yəqin, yəqin, yəqinindən Nəsimiyə bilgil,
Həbib, həbib, bu həbibdir ki, dildə şol söylər.