Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə Müəllif: Əbülqasim Nəbati |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!
O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
İrəm bağın tamaşa eylədim deyri-müğan içrə,
O darül-eyşi sən, yarəb, həmişə laləzar eylə!
Vərə vaxtı deyil, zahid, bu təsbihi qoy əldən bir.
Gətir səccadəni, ver meyfüruşə bir qərar eylə!
Ləbi-meyguni-saqi, sağər ilə həlqeyi-rindan,
Bu cəmin içrə, yarəb, sən məni bir meygüsar eylə.
Qüruri-ruzə xüşk etmiş səni, zahid, nə qafilsən,
Bu təzviri riyadən keç, xudadan bircə ar eylə.
Bihəmdillah, gözün var, kor deyilsən, cənnət istərsən,
Qədəm qoy bir xərabətə səhərdən, bir nahar eylə.
Nəbati, aşiqəm mən rindlər bəzmindəki halə,
Bəli, billah, bu qövmün itlərinə can nisar eylə.