Gətirdim
Müəllif: Sürəyya

  Şahid ol, ya Rəbb, əlimdə Əsğəri ətşan gətirdim,
  Olmuşam şərməndə Səndən, töfheyi-ərzan gətirdim,
  Mən də qurbangahı-eşqə bir quzu qurban gətirdim.

  Sən bilirsən Səndən ötrü küşmişəm mən Əkbərimdən,
  Bir nə yalquz Əkbərimdən, Ovnü Fəzlü Cəfərimdən,
  Kəşf olur halim, İlahi, imdi hali-Əsğərimdən,
  Altı aylıq tifli gətdüm kuyivə qurban gətirdim.

  Təng edüblər xeyməgahı ləşgəri-kafir, Hüseynə,
  Zülminə qoymubla qalsun bir nəfər yavər Hüseynə,
  Xoşdu min dəfə yolunda oxlana Əsğər Hüseynə,
  Etməgə qanin bu çöldə zinəti-meydan gətirdim.

  Kərbəla dəşti Hüseynə məhfili-xəlvətdi, ya Rəbb,
  Əsğərim qanə bulansa, nəfsimə ləzzətdi, ya Rəbb,
  Ox, qılınc, xəncər yarası baisi-izzətdi, ya Rəbb,
  Bu ümidilə xoş oldum, fidyeyi-canan gətirdim.

  Yandırur hali-zəbanun, bilmişəm, kulli cəhani,
  Düşsə gər ruyi-zəminə Əsğərün bir qətrə qani,
  Ovcuma allam o qani, sərx qıllam asimani,
  Ərz qıllam: Şahid ol Sən, Əsğəri alqan gətirdim.