Eyni adda digər əsərlər üçün [[{{{1}}}|dəqiqləşdirmə səhifəsinə]] baxın.
Gəzər
Müəllif: Məlikballı Qurban
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005 (az). Orijinal mənbədən 2010-09-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-06.

Şəkərsən, şəhdsən, şəkərxasən sən,
Sənin yanağında laləzar gəzər.
Saçın gərdənində səllasil təki,
Reyhan tellərindən intizar gəzər.

Dəhanın hoqqadır, inci dəndanın,
Nə şirindi dilin, ləziz xəndanın,
Aşıqlar ayağı sənin zindanın,
Axır ki, canında ixtiyar gəzər.

Dəryadan təşnəni atdım kənara,
Hicran atəşinə sən elə çara,
Səndən ayrı getsə hansı diyara,
Məlikballı Qurban xakisar gəzər.