Gəz indi (Aşıq Abbas Tufarqanlı)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gəz indi Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13. |
Atasınnan, anasınnan,
Gül gəzindi, gül gəzindi.
Atasınnan, anasınnan
Gül, gəz, indi, gül, gəz, indi.
Yarı ağ libada gördüm,
Yarı ağlı badə gördüm,
Yarı ağlı bada gördüm,
Gülgəzindi, Gülgəzindi.
Sən məni ağlama da gör,
Sən məni ağlamada gör,
Sən məni ağlamada gör,
Gülgəz indi, Gülgəz indi.
Bu işdə əyandı Abbas,
Bu iş də dayandı Abbas,
Bu iş də də yandı Abbas,
Gül, gəz indi, gül, gəz indi.